Bank Of Baku

Yumurta və quş ətinin monitorinqinin nəticələri açıqlanıb

Yumurta və quş ətinin monitorinqinin nəticələri açıqlanıb
# 24 oktyabr 2011 10:43 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (RGEM) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda apardığı yumurta və quş ətinin monitorinqini başa çatdırıb. RGEM-nin qidalanma bölməsinin müdiri İmran Abdullayev APA-ya monitorinqin nəticələrini açıqlayıb. O, bildirib ki, monitorinq zamanı 59 yumurta və quş əti nümunəsi götürülüb: “Götürülmüş nümunələrin təhlükəsizlik göstəriciləri yoxlanılıb. Yoxlama zamanı yalnız Şirvan şəhəri “Okean” MMC tərəfindən istehsal edilən toyuq ətində bağırsaq çöpləri aşkarlanıb. Məhsuldan yenidən ikiqat nümunə götürülərək yoxlanılıb. Təkrar yoxlamanın nəticələri isə norma daxilində olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR