Bank Of Baku

Azərbaycanda ötən ay 78 qida zəhərlənməsi hadisəsi baş verib

Azərbaycanda ötən ay 78 qida zəhərlənməsi hadisəsi baş verib
# 24 oktyabr 2011 11:22 (UTC +04:00)
Səhiyyə nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 67 müəssisənin sahibkarı inzibatı qaydada cərimə olunub, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 46 nəfər isə işdən müvəqqəti kənarlaşdırılıb.
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 839, mikrobioloji göstəricilərinə görə 575, toksikoloji göstəricilərinə görə 182, radioloji göstəricilərinə görə 45 yeyinti məhsulları nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 7-də orqanoleptik və fiziki-kimyəvi, 6-da mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən edilib.
Şadlıq evlərindən 3377 yaxma, 73 soyuq qəlyanaltı nümunəsi götürülüb, yaxma nümunələrinin 137-də, soyuq qəlyanaltı nümunələrinin 4-də mikrobioloji çirklənmə aşkarlanıb.
Məlumatda bildirilir ki, sentyabrda əhali arasında 78 qida zəhərlənməsi hadisəsi baş verib, 87 nəfər zərərçəkən olub. O cümlədən 3 botulizm hadisəsi baş verib, bundan 3 nəfər zərər çəkib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR