Bank Of Baku

Azərbaycanın orta məktəblərdə şəhər yerlərində 29, kənd yerlərində isə 32 şagirdə bir kompüter düşür

Azərbaycanın orta məktəblərdə şəhər yerlərində 29, kənd yerlərində isə 32 şagirdə bir kompüter düşür
# 24 oktyabr 2011 11:31 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Dövlət Statistika Komitəsi (DSK) dövlət əyani ibtidai, orta və tam orta ümumtəhsil məktəblərinin qış mövsümünə hazırlığı, maddi-texniki bazası və pedaqoji kadrlarla təminatına dair statistik müayinə keçirib. APA-nın DSK-nin saytına istinadən yaydığı xəbərə görə, müayinənin nəticələrinə əsasən, 4487 dövlət əyani ümumi təhsil müəssisələrindən 3888-i və ya 87 faizi, o cümlədən şəhər yerlərində 1097-si (94 faizi), kənd yerlərində isə 2791-i (84 faizi) kompüterlə təmin olunub. Kompüterlərə malik olan ibtidai məktəblərin xüsusi çəkisi 11 faiz, orta məktəblərin – 82 faiz, tam orta məktəblərin isə - 96 faiz təşkil edib. Ötən tədris ilinin əvvəlinə keçirilmiş müvafiq müayinənin nəticələri ilə müqayisədə məktəblərdə kompüterlərin sayı 2,4 min ədəd və ya 6 faiz artaraq 42,5 minə çatıb. Hazırda hər 30 şagirdə orta hesabla bir kompüter düşür. Ötən il bu göstərici 33, 2009-cu ildə 35, 2008-ci ildə 39, 2007-ci ildə 47, 2006-cı ildə isə 101 olub. Şəhər yerlərində orta hesabla 29, kənd yerlərində isə 32 şagirdə bir kompüter düşür. Ümumi təhsil müəssisələrinin 1841-nin və ya 47 faizinin, o cümlədən şəhər yerlərində 79 faizinin, kənd yerlərində 35 faizinin internetə çıxışı var.
Məktəblərin telekommunikasiya vasitələri və telefonla təchiz olunması, eləcə də şagirdlərin onlardan səmərəli istifadə etməsi məsələləri Naxçıvan MR-da, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində, Abşeron və Samux rayonlarında daha yaxşı təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR