Bank Of Baku

Bu il Azərbaycanın ümumi təhsil müəssisələrində 2903 nəfər əlavə pedaqoji kadra ehtiyac olub

Bu il Azərbaycanın ümumi təhsil müəssisələrində 2903 nəfər əlavə pedaqoji kadra ehtiyac olub
# 24 oktyabr 2011 11:35 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Azərbaycanda 2011/2012-ci tədris ilinin əvvəlinə əyani ümumi təhsil müəssisələrində 2903 nəfər, o cümlədən kənd yerlərində 2389 nəfər, şəhər yerlərində isə 514 nəfər əlavə pedaqoji kadra ehtiyac olub. APA-nın Dövlət Statistika Komitəsinin saytına istinadən verdiyi məlumata görə, ötən tədris ili ilə müqayisədə bu ehtiyac müvafiq olaraq 1043, 827 və 216 nəfər artıb. Kənd yerlərində müəllimlərə tələbat əsasən kimya (331 müəllim), coğrafiya (292), Azərbaycan dili və ədəbiyyat (247), biologiya (229), fizika (205), informatika (183), tarix (182) və riyaziyyat fənləri üzrə (148) olub.
Kənd yerləri üzrə müəllimlərə daha çox ehtiyac Quba (223), Laçın (125), Yardımlı (116), Gədəbəy (112), Xaçmaz (93), və Şabran (92) rayonlarında olub. Şəhər yerləri üzrə müəllimlərə əlavə tələb ilk növbədə fiziki tərbiyə (68), Azərbaycan dili və ədəbiyyat (50), ingilis dili (50), tarix (44), riyaziyyat (43) və fizika (39) fənləri üzrə və Bakı şəhərinin Sabunçu (96), Xəzər (44), Səbail (35), Qaradağ (31) rayonlarında, Şirvan (10) və Naxçıvan (69) şəhərində qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR