Bank Of Baku

“Özünədəstək” layihəsində iştirak edəcək ailələrə birdəfəlik ünvanlı sosial yardım veriləcək

“Özünədəstək” layihəsində iştirak edəcək ailələrə birdəfəlik ünvanlı sosial yardım veriləcək
# 24 oktyabr 2011 11:57 (UTC +04:00)
Bak. Sevil Zeynalqızı - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İctimai Şura bu gün növbəti iclasını keçirib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, birdəfəlik Ünvanlı Sosial Yardım (ÜSY) - “Özünədəstək” pilot layihəsinə həsr olunmuş iclasda layihənin sınaq işlərinin digər pilot rayonlarda davam etdirilməsi istiqamətində görülən işlər, habelə ÜSY üçün alternativ müraciət mexanizmlərinin tətbiqi, bu mexanizmlərin pilot rayonlar olaraq Cəlilabad və Balakən rayonlarında tətbiqi işləri barədə məlumat verilib.

İclasda bildirilib ki, «Özünədəstək» layihəsi ilə bağlı seçilmiş digər üç pilot rayonun - Masallı, İsmayıllı və Quba rayonlarının hər birində ÜSY alan ailələr haqqında toplanmış Məlumat Bazasından təsadüfi seçmə yolu ilə 90 ailə seçilib. Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları tərəfindən hər bir ailə ilə əlavə maarifləndirmə işləri aparılıb, ailələrin seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün fəaliyyət planı tərtib etmələrində onlara köməklik göstərilib. Qeyd olunub ki, pilot layihədə iştirak edəcək ailələrə seçdikləri fəaliyyət növü ilə məşğul olmaq üçün bu ilin noyabr ayında birdəfəlik ÜSY verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR