Bank Of Baku

Azərbaycanda ürək-damar xəstəliklərinin yaranmasının gizli dövrünün mobil telefonlar vasitəsilə monitorinqini aparmaq üçün araşdırma aparılır

Azərbaycanda ürək-damar xəstəliklərinin yaranmasının gizli dövrünün mobil telefonlar vasitəsilə monitorinqini aparmaq üçün araşdırma aparılır
# 24 oktyabr 2011 13:59 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, artıq bununla bağlı aparılan araşdırmalarda iştirak etmək üçün İspaniyadan, Polşadan, İngiltərədən təkliflər alınıb: “Hələlik bu işlər eksperiment səviyyəsindədir. Dünya bunu qəbul etməlidir. Bundan sonra real praktikada bu, tətbiq oluna bilər. Həm Azərbaycanda, həm də dünyada ürək-damar xəstəlikləri çoxdur. Adətən Exo kardioqram, rentgen ürək xəstəliklərini o zaman müəyyənləşdirir ki, artıq bu xəstəlik başlayıb. Bu xəstəliyin ilk başlama anını tapmaq çox çətindir. Məlum olub ki, ürək-damar xəstəlikləri təzə başlayan dövrdə faydalı siqnallarla birlikdə küy də yaranır. Yeni kəşf küylərin analizi nəzəriyyəsi və qəzaların gizli dövrünün monitorinqi texnologiyası əsasında hazırlanıb”.

T. Əliyev bildirib ki, hələlik həkimlər də Kibernetika İnstitutunun apardığı araşdırmalarda iştirak etsələr də, nəticələr araşdırmalar tam başa çatandan sonra Səhiyyə Nazirliyinə təqdim ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR