Bank Of Baku

Bakıda Azərbaycan Gənclərinin VI Forumu keçirilir - FOTOSESSİYA

Bakıda Azərbaycan Gənclərinin VI Forumu keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 25 oktyabr 2011 08:32 (UTC +04:00)
Heydər Əliyev Sarayında keçirilən foruma 2000-ə yaxın gənc qatılıb. Forumda dövlət rəsmiləri, mərkəzi strukturların rəhbərləri, beynəlxalq humanitar təşkilatların nümayəndələri, ali təhsil müəssisələrinin rektorları, millət vəkilləri və digər şəxslər iştirak edirlər.

Forumda gənclər və idman naziri Azad Rəhimovla yanaşı, bu sahəyə bağlı olan dövlət rəsmiləri və ictimai xadimlərin çıxışı da nəzərdə tutulub.

Tədbirdən əvvəl gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında Azərbaycan gəncliyinin dövrlə ayaqlaşaraq, zamanın nəbzini tutaraq, sürətlə inkişaf etdiyini bildirib: “Hər dövrün öz tələbi var. Azərbaycan gənclərinin inkişafını və potensialını həm daxildə gedən proseslərdə, həm də beynəlxalq tədbirlərdə görmək mümkündür. Gənclərimiz müasir texnologiyanın tətbiqi sahəsində, həmçinin sosial şəbəkələrdə uğurlu fəaliyyət göstərirlər.

Biz gənclərimizin potensialından istifadə edərək, Azərbaycanın dünyada tanınması istiqamətində layihələrdən bəhrələnmək istəyirik”.

Nazir forumda Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramından irəli gələn məsələlərin və atılacaq addımların müzakirə olunacağını vurğulayıb: “Proqramın icrası üçün atılacaq addımlar da müəyyənləşdiriləcək”.

Forum çərçivəsində qeyri-hökumət gənclər təşkilatlarının vəzifə və öhdəlikləri, gənclərin ictimai siyasi fəallığı, tələbələrin sosial problemləri, təhsilin keyfiyyəti, gənc alimlərin perspektivləri, yaradıcı və istedadlı gənclərin problem və yeni layihələri, gənclərin idarəetmə sahəsinə cəlb edilib, dəstəklənmələri, xaricdə təhsil alan gənclərin inkişafı üçün yeni layihələrin həyata keçirilməsi, beynəlxalq əməkdaşlıq və digər mühüm məsələlər də müzakirə olunacaq.

Qeyd edək ki, Azərbaycan Gənclərinin ilk Forumu Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevral ayının 2-də keçirilib. 1997-ci il fevralın 1-də forumun ildönümü münasibətilə bir qrup gənci qəbul edən Heydər Əliyev ilk forumun keçirildiyi 2 fevral tarixinin Azərbaycan Gəncləri Günü kimi qeyd olunması haqqında fərman imzalayıb. Forum Azərbaycanın müasir ictimai siyasi tarixində özünə layiq yer tutaraq dövlətin gənc nəslinin hərtərəfli inkişafına yönəlmiş strategiyasına təkan verib.

Bu günə qədər Azərbaycan gənclərinin 5 forumu keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR