Bank Of Baku

AMEA-nın vitse-prezidenti: “Azərbaycanın təbii fəlakət gözlənilən bütün təhlükəli ərazilərində geniş monitorinq şəbəkəsi yaradılmalıdır”

AMEA-nın vitse-prezidenti:  “Azərbaycanın təbii fəlakət gözlənilən bütün təhlükəli ərazilərində geniş monitorinq şəbəkəsi yaradılmalıdır”
# 25 oktyabr 2011 09:07 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Geologiya İnstitutunun direktoru Akif Əlizadə bildirib.

A. Əlizadə deyib ki, hazırda yer qabığında böyük aktivləşmə gedir. Bu şəraitdə baş verə biləcək hadisələri proqnozlaşdırmaq üçün monitorinqin aparılması zəruridir: “Azərbaycan ərazisi də seysmogen ərazidə yerləşir. Geodinamik baxımından ölkə ərazisində də aktivlik müşahidə olunur. Buna görə də, fövqəladə halların təsirlərini minimuma endirmək üçün bütün qurumlar çalışmalıdır”.

A.Əlizadə qeyd edib ki, bp şirkətinin AMEA ilə bağladığı müqavilə əsasında Bakı-Tiflis-Ceyhan boru kəməri boyunca seysmik təhlükənin qarşısını almaq üçün monitorinq şəbəkəsi yaradılıb. Artıq kəmərin keçdiyi Gürcüstan və Türkiyə ərazisində də bu monitorinqin aparılması üçün müqavilə bağlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR