Azərbaycan Gənclərinin VI Forumunda prezident İlham Əliyevin müraciəti oxunub
Müraciətdə deyilir: “Sizi - Azərbaycan Gənclərinin VI Forumunun iştirakçılarını və bütün gənclərimizi səmimi qəlbdən salamlayır, hər birinizə cansağlığı, xoşbəxtlik və ölkəmizin gələcəyi naminə fəaliyyətinizdə uğurlar arzulayıram.
Hamımız üçün əlamətdar olan 2011-ci ildə Azərbaycan öz dövlət müstəqilliyinin bərpasının iyirmi illik yubileyini qeyd edir. Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar.
Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. Əminəm ki, siz həmin imkanları forumunuzda araşdıraraq qaldırılacaq məsələlər çərçivəsində qlobal dünyada insan kapitalının biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında əhəmiyyətini də müzakirə obyektinə çevirəcəksiniz.
Bu ilin iyul ayında mənim sərəncamımla “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilib. Belə bir proqramın mövcudluğu dövlətin gənclərlə bağlı siyasətinin parlaq təzahürüdür. Proqramda əsas vəzifələr sırasında gənclərin ictimai həyatın ən müxtəlif sahələrində yaxından iştirakına, onların cəmiyyətimizdə layiqli yer tutması və beynəlxalq aləmdə tanınması məsələlərinə xüsusi diqqət yetirilir. Ümidvaram ki, bu forum proqramın uğurla həyata keçirilməsi və yeni-yeni çalarlarla zənginləşməsinə zəmin yaradacaq.
İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər əyani surətdə nümayiş etdirir ki, müasirlik və kreativlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. İnanıram ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
Forumunuzun işinə uğurlar diləyir və hər birinizə niyyətlərinizin çin olmasını arzulayıram”.
Müraciət oxunduqdan sonra, 5-ci forumdan keçən dövr ərzində görülən işləri əks etdirən, hesabat xarakterli film nümayiş etdirilib.
Sosial
Xəbər Lenti
AZAL-ın Bakı–Naxçıvan marşrutu üzrə reysləri bərpa olunub
ADB Azərbaycanın daxil olduğu regionda maliyyə idarəetməsi ilə bağlı yeni proqram təsdiqləyib
Azərbaycan nefti bahalaşıb
Əksər yerlərdə şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
ADY iyun ayında yük daşımalarını 20% artırıb
Bu günün valyuta məzənnələri
Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti azalıb
"NYMEX" əmtəə birjasında təbii qaz ucuzlaşıb
Dünya bazarlarında neftin qiyməti artır
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisi olmayacaq
Rusiyanın Kiyevə kütləvi hücumu nəticəsində ölənlərin sayı 19-a çatıb - YENİLƏNİB-3
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
"Bitcoin" bahalaşmaqda davam edib
Braziliyanın XİN rəhbəri ABŞ-ın hərbi müdaxiləsi riskinin artması barədə xəbərdarlıq edib
Bazar ertəsi axşamdan səhər saat 6-ya qədər Moskvaya yaxınlaşan 36 dron vurulub
Məhkəmə Le Penin hüquqlarının bərpası ilə bağlı apellyasiya şikayəti üzrə qərarı elan edəcək
DÇ-26: Belçika 1/4 finala vəsiqə qazanıb
Polşa 2022-ci ildən bəri Ukraynaya 4,5 milyard dollar dəyərində silah göndərib
Oman sahillərində daha bir tanker hücuma məruz qalıb
Sudanda mədən çökməsi nəticəsində on beş nəfər həlak olub.
Portuqaliya millisinin baş məşqçisi istefa verib
NATO zirvəsi ilə bağlı Ankara aeroportunun fəaliyyətinə məhdudiyyət tətbiq olunacaq
Suriya tezliklə səkkiz “Airbus” təyyarəsi alacaq
Kriştianu Ronaldo dünya çempionatları ilə vidalaşıb
DÇ-26: İspaniya Portuqaliyanı məğlub edərək, 1/4 finala çıxıb
Venesuelada zəlzələ qurbanlarının sayı 3535-ə çatıb
Böyükşor-Pirşağı yolunda avtomobil işıq dirəyinə çırpılaraq, iki yerə ayrılıb, yanğın olub - FOTO - VİDEO
Moskvada raket təhlükəsi elan olunub
Məhkəmə İspaniya Baş nazirinin həyat yoldaşının NATO sammitində iştirakına icazə verməyib
Tramp Si Cinpinin sentyabrın sonunda ABŞ-a səfər edəcəyini deyib
İsrail Qəzzada HAMAS-ın təlim idarəsinin komandirini öldürüb
Makron: Fransa suveren və azad Suriyanı dəstəkləməyə sadiqdir
Bakıda motoxuliqanlıq edən şəxs həbs olunub - VİDEO
“Qatar Airways”in Doha-Tbilisi təyyarəsi Bakıya eniş edib
FIFA Belçika Futbol Federasiyasının Folarin Baloqunla bağlı apellyasiya şikayətini təmin etməyib
"Hürriyyət"in baş redaktoru Vüqar Məmmədovun məhkəməsində ittiham aktı elan olunub
Mərdəkanda bir nəfər dənizdə boğulub, iki nəfər xilas edilib, birinin axtarışı davam etdirilir
"Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Tsarukyan saxlanılıb - YENİLƏNİB
Ərdoğan NATO Baş katibi ilə görüşüb
Dambrauskas: Əlimizdən gələnin ən yaxşısını edəcəyik
Tramp FIFA prezidentindən Baloqunla bağlı qərarın yenidən nəzərdən keçirilməsini xahiş etdiyini bildirib
YAP-ın bir neçə rayon təşkilatının sədri dəyişib
“Qəbələ” heyətini yeni futbolçu ilə gücləndirib
Tramp: Rusiya və Ukrayna münaqişəni bitirmək istəyir, bunu NATO sammitində müzakirə edəcəyik
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib - FOTO
Tramp: İranda rejim dəyişikliyi axtarışında deyiləm
FHN küləklə əlaqədar çimərliklərə gedənlərə müraciət edib
Rutte: Türkiyə NATO-nun ən güclü ordularından birinə sahibdir
Azərbaycan ilə Sudan diplomatik pasport sahiblərini vizadan qarşılıqlı azad edəcək