Bank Of Baku

Əqli mülkiyyət hüquqları pozulduqda müvafiq orqanlar öz təşəbbüsləri ilə cinayət işi başlaya biləcəklər

Əqli mülkiyyət hüquqları pozulduqda müvafiq orqanlar öz təşəbbüsləri ilə cinayət işi başlaya biləcəklər
# 25 oktyabr 2011 09:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Müəllif Hüquqları Agentliyi tərəfindən hazırlanaraq hökumətə təqdim olunan “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılıqla mübarizə haqqında” qanun layihəsinin məzmunu bəlli olub. APA-nın məlumatına görə, Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov deyib ki, bu layihə qəbul edildikdən sonra əqli mülkiyyət hüquqları pozulduqda müvafiq səlahiyyətli orqanlar öz təşəbbüsləri ilə cinayət işi başlaya biləcəklər: “Eyni zamanda müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə İSBN, İSSN, İSAN, İSRC və s. beynəlxalq standart eyniləşdirmə nömrələri verilməsi təmin ediləcək. Qanunda müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə, məlumat toplularının nüsxələrinə nəzarət markaları yapışdırılacaq ki, bu yolla pirat nüsxələrin hazırlanmasının qarşısını almaq mümkün olacaq”.

Müəlliflik hüququ və əlaqəli hüquqların pozulmasına görə tətbiq olunan sanksiyaların sərtləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrinə dəyişiklər edilməsi barədə agentliyin təklifləri də hökumətin müvafiq orqanları tərəfindən bəyənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR