Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası 4 yeni qanun layihəsi hazırlayıb

QHT-lərə Dövlət Dəstəyi Şurası 4 yeni qanun layihəsi hazırlayıb
# 01 noyabr 2011 08:52 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu şura sədri Azay Quliyev qanun layihələri ilə bağlı təşkil olunan ictimai müzakirədə bildirib. Azay Quliyev deyib ki, QHT-lər və fondlar haqqında qanun olsa da, bu qanun peşə birliklərinin fəaliyyətini tam tənzimləmir. Peşə birliklərinin geniş anlayış olduğunu deyən şura sədri deyib ki, bu qurumlar əsasən, peşəkar fəaliyyət və sahibkarlıqla məşğul olan subyektlərin fəaliyyətini tənzimləyən, bir növ özünü tənzimləmə mexanizmi kimi çıxış edən qurumlardır.
Azay Quliyev qeyd edib ki, qanun layihəsi 3 fəsil, 25 maddədən ibarətdir: “Düşünürəm ki, qanun layihəsində peşə birliklərinin fəaliyyəti tam əksini tapıb”.

Şura sədri “İctimai iştirakçılıq haqqında” qanun layihəsinin də Azərbaycanda yeni bir yanaşma olduğunu vurğulayıb: “Dövləti və ictimai əhəmiyyətli məsələlərdə vətəndaşların birbaşa və dolayısı ilə iştirakının təmin edilməsi məqsədilə qərar qəbulunda, dövlət quruculuğunda vətəndaşların yaxından iştirakını təmin etmək üçün bu qanuna ehtiyac var. Layihədə dövlət strukturlarına və cəmiyyətin müxtəlif sahələrinə ictimai nəzarəti təşkil edən xüsusi mexanizmlər təklif edir. Məqsəd budur ki, bütün vətəndaşların dövlət quruculuğunda iştirakı təmin edilsin. Dövlətin fəaliyyətinə ictimai nəzarət qanun çərçivəsində olmalıdır. Belə mexanizm aydın və qanun şəklində formalaşmalıdır”.

Şura sədri qanun layihələrinin müzakirələrdən sonra Milli Məclisə təqdim olunacağını bildirib. A. Quliyev başqa iki yeni qanun layihəsi hazırladıqlarını da nəzərə çatdırıb. Onun sözlərinə görə, bu, “Sosial sifariş haqqında” və “Korporativ sosial məsuliyyət haqqında” qanun layihələridir: “Korporativ sosial məsuliyyət haqqında qanun layihəsi özəl sektorun ictimai sektora dəstəyini əsas götürür. Çünki vətəndaş cəmiyyətinin fəaliyyətində maraqlı tərəflərin yeri və rolu müəyyənləşməlidir. Sosial sifariş haqqında qanun layihəsi isə sosial sifarişləri özündə əks etdirir. Bu qanun layihələri üzərində işçi qrup çalışıb, iş yekunlaşıb. Qanun layihələri Prezident Administrasiyasına və Milli Məclisə göndəriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR