Bank Of Baku

Azərbaycanın magistral avtomobil yollarının kənarlarının yaşıllaşdırılması ilə bağlı layihələr həyata keçiriləcək

Azərbaycanın magistral avtomobil yollarının kənarlarının yaşıllaşdırılması ilə bağlı layihələr həyata keçiriləcək
# 01 noyabr 2011 10:21 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələn il respublikanın magistral avtomobil yollarının kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması ilə bağlı layihələr həyata keçirəcək. APA-nın məlumatına görə, nazirliyin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə bunu “Xəzər: Ətraf mühit üçün texnologiyalar" Beynəlxalq Ətraf Mühit Sərginin təşkili ilə bağlı keçirilən mətbuat konfransında bildirib. R. Səttarzadə deyib ki, magistral yolların kənarlarının yaşıllaşdırılması və abadlaşdırılması tədbirləri bir neçə istiqamət - şimal, qərb, cənub istiqamətləri üzrə həyata keçiriləcək. Şöbə müdirinin sözlərinə görə, gələn il Abşeron yarımadasında yaşıllaşdırma tədbirləri və müasir suvarma sistemlərinin quraşdırılması, tullantı sularının suvarmada təkrar istifadəsi layihələri də həyata keçiriləcək. Həmçinin nazirlik Aran zonasının 20 rayonunda da bu kimi tədbirləri reallaşdırmağı planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR