Bank Of Baku

Azərbaycan Beynəlxalq İqtisadi Forumun gender bərabərliyi üzrə dünya reytinqində 91-ci yerə qalxıb

Azərbaycan Beynəlxalq İqtisadi Forumun gender bərabərliyi üzrə dünya reytinqində 91-ci yerə qalxıb
# 01 noyabr 2011 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu gün Beynəlxalq İqtisadi Forumun “Qlobal gender qeyri-bərabərliyi 2011” aldı 6-cı illik hesabatı dərc olunub. Azərbaycan ötən illə müqayisədə üz mövqeyini yaxşılaşdıraraq 100-cü yerdən 91-ci yerə yüksəlib.

Gender bərabərliyinin dəyərləndirilməsinə dair qeyd olunan reytinq dünyanın 135 ölkəsində iqtisadiyyat (maaş, ixtisaslaşmış peşələr üzrə işləyən qadınların sayı), təhsil (qadınların orta və ali təhsil almaq imkanı), siyasət (bərabər siyasi hüquq və imkanlar, qadınların qanunverici orqanlarda təmsilçilik səviyyəsi), səhiyyə (uzunömürlülük) sahələrində kriteriyalar üzrə müəyyənləşdirilir.

Azərbaycan iqtisadi sahədə gender bərabərliyinə görə 70-ci, təhsil sahəsində gender bərabərliyinə görə 73-cü, səhiyyə sahəsində gender bərabərliyinə görə 132-ci, qadınların siyasi arenada təmsilçiliyinə görə 103-cü yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR