Bank Of Baku

Ombudsman psixiatriya xəstəxanalarına baxış keçirib

Ombudsman psixiatriya xəstəxanalarına baxış keçirib
# 01 noyabr 2011 16:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova işgəncələr əleyhinə Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri olan Gəncə və Şəki regional mərkəzlərinin əməkdaşları ilə birgə Gəncə şəhər ruhi-əsəb və Şəki rayonlararası psixiatriya xəstəxanalarına növbəti baxış keçirib. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, E. Süleymanova xəstəxanalardakı inzibati otaqlara, palatalara baxıb, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub. O, xəstələrlə görüşərək onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib.

Ombudsman baxış keçirilmiş müəssisələrdəki ayrı-ayrı xəstələrin müraciətlərini nəzərə alaraq, onların ailələri ilə əlaqə saxlayıb və xəstələrin müraciətlərini onlara çatdırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR