Bank Of Baku

Azərbaycan Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin uzadılmasına yol verən meyarları təsdiqləyib

Azərbaycan Nazirlər Kabineti dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin uzadılmasına yol verən meyarları təsdiqləyib
# 02 noyabr 2011 08:38 (UTC +04:00)
NK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qərar "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi barədə ölkə prezidentinin 1 iyul tarixli 460 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə verilib. Qərara əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadılmasına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlar aşağıdakılardır:

1. Azərbaycan Respublikasının orden və medalları ilə təltif edilmə;
2. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmə;
3. İşlədiyi sahə üzrə elmi dərəcəsinin və ya elmi adının olması;
4. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və ya müxbir üzvü olması;
5. Dövlət mükafatı laureatı olması.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR