Bank Of Baku

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin iclasında Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri müzakirə edilib

AMEA Humanitar və İctimai Elmlər Bölməsinin iclasında Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri müzakirə edilib
# 02 noyabr 2011 09:36 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar və İctimai Elmlər Bölməsinin iclası keçirilib. İclasda Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri müzakirə edilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda çıxış edən bölmənin akademik-katibi Kamal Abdullayev bildirib ki, oktyabrın 10-11-də Bakıda keçirilən forumda dünyanın bir çox ölkələrindən Nobel mükafatı laureatları, keçmiş dövlət başçıları, nazirlər, görkəmli elm və mədəniyyət xadimləri iştirak edib.

K. Abdullayev deyib ki ki, Azərbaycan dünya ölkələrini düşündürən problemlərin mərkəzində durmağı və bu problemlər ətrafında dünya ölkələri ilə bir səviyyədə düşünməyi bacardığını nümayiş etdirə bilib: “Ölkə prezidenti İlham Əliyev “Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında” sərəncam imzalayıb və bu forumun ənənəvi olaraq keçirilməsini zəruri hesab edib. Forumla bağlı AMEA və onun institutlarının üzərinə də məsuliyyətli vəzifələr düşüb. Ona görə də ötən forumun nəticələrini, qarşıda duran vəzifələri ətraflı müzakirə etməliyik ki, növbəti belə mötəbər tədbirlərə daha hazırlıqlı və mütəşəkkil qoşula bilək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR