Bank Of Baku

Azərbaycanda kənd yerlərində pensiyaçıların plastik kartlarla təminatı tədbirləri gücləndirilib

Azərbaycanda kənd yerlərində pensiyaçıların plastik kartlarla təminatı tədbirləri gücləndirilib
# 02 noyabr 2011 09:48 (UTC +04:00)
Bakı - APA-Economics. Cari ilin 9 ayında Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiyaların plastik kartlarla ödənişinin ucqar kənd yerlərində yaşayan pensiyaçıları əhatə etməsi tədbirləri davam etdirilib.

Fondun İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, kəndlərdə vətəndaşların öz xahişləri əsasında (istənilən bankomatdan alma şərti ilə) pensiyaların plastik kartlarla ödənişinin təmin olunması istiqamətində müvafiq addımlar atılıb. 01 oktyabr 2011-ci il tarixə olan statistikaya əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ucqar kəndlərdə pensiyaları plastik kartla alanların sayı 2873 nəfər artıb.

Hazırda kəndlərdə yaşayan əmək pensiyaçılarının 98,9%-i, şəhərlərdə yaşayan pensiyaçıların isə 100%-i üzrə pensiyalar plastik kartlarla ödənilir. Ümumilikdə Azərbaycanda pensiyaçıların plastik kartlarla təminatı 99,4% təşkil edir. Qeyd olunan göstərici üzrə ölkəmiz bütün dünyada ən şəffaf praktikaya malik ölkələrdən biri hesab olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR