Bank Of Baku

Azərbaycanın dağlıq ərazilərində 4-9 dərəcə şaxta olacaq

Azərbaycanın dağlıq ərazilərində 4-9 dərəcə şaxta olacaq
# 02 noyabr 2011 10:13 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-şərq küləyi əsəcək, gecə 6-11 dərəcə, gündüz 12-17 dərəcə isti olacaq.

Noyabrın 4-də havanın buludlu olacağı, əsasən gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 11-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında noyabrın 3-də hava gün ərzində əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Səhər arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək.

Noyabrın 4-də əsasən axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə, gündüz 12-17 dərəcə, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 4-9 dərəcə şaxta təşkil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR