Bank Of Baku

Nazir: “Bakı məktəblərinin təmirinin gələn il hansı quruma tapşırılacağı bəlli deyil”

Nazir: “Bakı məktəblərinin təmirinin gələn il hansı quruma tapşırılacağı bəlli deyil”
# 02 noyabr 2011 11:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan prezidentinin tapşırığı ilə 2013-cü ilin sonunadək paytaxtda binası pis vəziyyətdə olan məktəb qalmayacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, hazırda Bakı şəhərində 330 məktəb var ki, onların da 10%-nin təmirə ehtiyacı var: “Üç il ərzində bu işlər davam etdiriləcək”.

Nazir qeyd edib ki, 2011-ci ildə məktəblərin təmiri Bakı şəhər İcra Hakimiyyətinə tapşırılıb: “Ümid edirəm ki, bu ilin sonunadək onlar üzərlərinə düşən işi yerinə yetirəcək. Bu il məktəblərin təmirinə 280 mln. manatdan çox vəsait ayrılıb. Məktəblərin təmirinin gələn il hansı quruma tapşırılacağı isə bəlli deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR