Bank Of Baku

TQDK sədri: “Yanvar ayında sınaq imtahanı keçirə bilməyəcəyik”

TQDK sədri: “Yanvar ayında sınaq imtahanı keçirə bilməyəcəyik”
# 08 dekabr 2011 09:37 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ali məktəblərə hazırlıq məqsədilə keçirəcəyi sınaq imtahanlarının vaxtı dəyişdiriləcək. APA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, yanvarda keçirilməsi nəzərdə tutulan sınaq imtahanları fevral ayında baş tutacaq: “Dövlət büdcəsi yeni təsdiq olunub. Yanvarda bizim hesabımıza vəsait köçürüləcək. Biz işçilərimizin maaşlarını ödəməliyik. Ona görə də, müəyyən texniki səbəblərə görə yanvar ayında sınaq imtahanı keçirə bilməyəcəyik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR