Bank Of Baku

Azərbaycanda müxtəlif elmi-texniki xidmətlər həyata keçirən 145 elmi təşkilat və müəssisə fəaliyyət göstərir

Azərbaycanda müxtəlif elmi-texniki xidmətlər həyata keçirən 145 elmi təşkilat və müəssisə fəaliyyət göstərir
# 24 yanvar 2012 08:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. 2012-ci ilin əvvəlinə olan məlumata əsasən Azərbaycanda müxtəlif elmi-texniki xidmətlər həyata keçirən 145 elmi təşkilat və müəssisə fəaliyyət göstərir. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, bu elm ocaqlarında 18 minə yaxın mütəxəssis çalışır və onların 61,6 faizi tədqiqatçıdır. Mütəxəssislərin hər dörd nəfərindən birinin elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsi var.

Ali təhsil müəssisələrində çalışan 10 min nəfər elmi pedaqoji işçi elmi-tədqiqat bölmələrində ştatda olmasalar da, onların yarıdan çoxu elmlər doktoru və fəlsəfə doktoru alimlik dərəcəsinə malikdir. Bu ilin əvvəlinə olan məlumata görə, Milli Elmlər Akademiyasının 56 akademiki və 107 müxbir üzvü var.

Ölkədə elmin inkişafına dövlət tərəfindən xüsusi diqqət və dəstək göstərilir və ölkə prezidenti tərəfindən “Azərbaycanda 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” uğurla həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR