Bank Of Baku

Gəncədə “Dinlər və mədəniyyətlərarası dialoqda gənclərin rolu” mövzusunda beynəlxalq təlim keçirilir

Gəncədə “Dinlər və mədəniyyətlərarası dialoqda gənclərin rolu” mövzusunda beynəlxalq təlim keçirilir
# 24 yanvar 2012 09:06 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Gəncə şəhərində “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Dinlər və mədəniyyətlərarası dialoqda gənclərin rolu” adlı beynəlxalq təlim keçirilir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, 1 həftə davam edəcək beynəlxalq təlimdə Avropa məkanında mədəniyyətlərarası dialoqun formalaşması, ölkələr arasında mübadilənin genişləndirməsi və dini fərqlər müzakirə olunacaq. Layihənin məqsədi gənclərin beynəlxalq əlaqələrini gücləndirmək, Azərbaycanın tolerant bir dövlət olduğunu dünya gənclərinə çatdırmaqdır.
Tədbirdə müxtəlif panel sessiyalarda müzakirələr aparılacaq və qonaq qismində tanınmış spikerlər iştirak edəcəklər. Layihə çərçivəsində şəhərin tarixi mədəni abidələri ilə tanışlıq olacaq.
Gənclər və İdman Nazirliyinin və Avropa Komissiyasının “Youth Action” proqramının maliyyə dəstəyi ilə həyata keçirilən təlimdə 14 ölkədən olan 40 nəfər gənc iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR