Bank Of Baku

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı son bir ildə 8% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı son bir ildə 8% artıb
# 24 yanvar 2012 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,3% artaraq 356,6 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-noyabr aylarında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı neft sektorunda 1 170,9 manat, qeyri-neft sektorunda 334 manat, dövlət bölməsində 296,5 manat, özəl bölmədə isə 457,7 manat təşkil edib.

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahəsində, tikintidə orta aylıq əmək haqqı daha yüksək olub.

«Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 189,2 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 339,1 manat təşkil edib», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR