Bank Of Baku

Kiyevdə Rusiya İmperiyası donanmasının azərbaycanlı vitse-admiralı İbrahim bəy Aslanbəyovun büstü qoyulacaq

Kiyevdə Rusiya İmperiyası donanmasının azərbaycanlı vitse-admiralı İbrahim bəy Aslanbəyovun büstü qoyulacaq
# 24 yanvar 2012 11:09 (UTC +04:00)
Bakı-APA. Ukraynada fəaliyyət göstərən M.P.Lazerev adına Hərbi-dəniz donanması veteranlar birliyinin təşəbbüsü ilə Kiyev şəhərində yerləşən Dənizçilər parkının Şərəf Xiyabanında Rusiya İmperiyası donanmasının azərbaycanlı vitse-admiralı olmuş İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun büstü qoyulacaq. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı səfirliyindən bildirilib. Məlumata görə, İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun büstü Xiyabanda bir sıra yüksək rütbəli tanınmış donanma zabitlərinin büstü ilə birgə ucaldılacaq.

Rusiya İmperiyası donanmasının Azərbaycanlı vitse-admiralı, Sakit okeandakı rus hərbi-dəniz qüvvələrinin komandanı, Krım müharibəsinin iştirakçısı, İmperator coğrafiya birliyinin həqiqi üzvü olmuş Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu (10 sentyabr 1822, Bakı – 7 dekabr 1900, Peterburq) Peterburqdakı dənizçilik məktəbini bitirdikdən sonra, Baltik, Qara və Aralıq dənizləri donanmalarında qulluq edib, 1879-1882-ci illərdə Sakit Okeanda rus hərbi-dəniz qüvvələrinin komandiri olub, 1887 – ci ildə Vitse-admiral rütbəsini alıb. Ömrünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və xarici ölkələrin yüksək dövlət mükafatları ilə təltif olunub. İbrahim bəy Aslanbəyovun xidmətləri Serbiyanın "Takova" (1879), Rusiyanın “Müqəddəs Vladimir” (1854), birinci dərəcəli “Müqəddəs Stanislav” (1881), birinci dərəcəli “Müqəddəs Anna” (1883) , “Ağ qartal” (1888) Yaponiyanın “Günəşin doğması” (1882), Havay dövlətinin ikinci dərəcəli “Kalakua” (1882) ordenlərinə layiq görülüb.

Kiyevin dənizçilər parkında vitse-admiral, İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyovun büstünün açılışında Azərbaycan Respublikasının və Ukraynadakı səfirliyin nümayəndələrinin iştirakı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR