Bank Of Baku

Ombudsman Avropa İttifaqının “Şərq tərəfdaşlığı” üzrə ekspertini qəbul edib

Ombudsman Avropa İttifaqının “Şərq tərəfdaşlığı” üzrə ekspertini qəbul edib
# 24 yanvar 2012 15:51 (UTC +04:00)
Bakı – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” təşəbbüsünün “Hərtərəfli institusional quruculuq” proqramının həyata keçirilməsi ilə bağlı Avropa Komissiyasının eksperti Andreas Kirş-Vudu qəbul edib. Ombudsman Aparatından APA-ya verilən xəbərə görə, görüşdə paytaxt və regionlarda insan hüquqları sahəsində silsilə maarifləndirmə tədbirləri keçirilməsinin, Ombudsman Aparatı və regional mərkəzlərin əməkdaşlarının insan hüquqları sahəsində bilik və bacarıqlarının daha da inkişaf etdirilməsinin, hüquqi ədəbiyyatın, o cümlədən Azərbaycan dilində insan hüquqları üzrə izahlı lüğətin, habelə insan hüquqları üzrə ensiklopediyanın hazırlanmasında, yeni buklet, broşür və plakatların nəşri, internet resurslarının təkmilləşdirilməsi, MPM qrupunun fəaliyyəti üçün xüsusi büdcənin ayrılmasının, tanınmış beynəlxalq ekspertləri cəlb etməklə müxtəlif ölkələrin MPM-ləri ilə təcrübə mübadiləsi aparılması, informasiya əldə etmə üzrə, həmçinin insan hüquqları baxımından kibercinayətkarlıqla mübarizə sahəsində treninq-seminarların təşkilinin, ombudsman təsisatının ölkədə yeganə olan insan hüquqları kitabxanasının təkmilləşdirilməsi üçün texniki dəstəyin göstərilməsinin zəruriliyi nəzərə çatdırılıb.

E. Süleymanova bu il Azərbaycan ombudsman təsisatının 10 illiyinin tamam olacağını, bununla bağlı hazırlıq işlərinin görüldüyünü deyib. Hər il olduğu kimi, cari ildə də 18 iyun – Milli İnsan Hüquqları Günü münasibətilə ombudsmanların növbəti, sayca 10-cu olan Bakı beynəlxalq konfransının keçiriləcəyi, informasiya ombudsmanlarının bu toplantıya dəvət olunacağı bildirilib.

Qonaqlar ətraflı məlumat və səmərəli təkliflər üçün müvəkkilə təşəkkür edərək onun insan hüquqları sahəsində fəaliyyətini müsbət dəyərləndiriblər və bu görüşün faydalı fikir və təcrübə mübadiləsi olduğunu vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR