Azərbaycan prezidenti FHN tərəfindən gətirilən torpaqsoran qurğulara, yedək və təchizat gəmilərinə və tədqiqat katerinə baxış keçirib - FOTOSESSİYA
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov gətirilmiş qurğular, gəmilər və kater barədə prezidentə məruzə edib. Bildirilib ki, Niderland Krallığının “Damen” şirkətinin istehsal etdiyi “CSD-500” torpaqsoran qurğular su səthindən 14 metr dərinliyə qədər məsafədə dibdərinləşdirmə işlərini yerinə yetirir.
Dövlət başçısı torpaqsoran qurğunun kapitan körpüsü ilə tanış olub. Qurğunun ən müasir naviqasiya avadanlığı ilə təchiz olunduğu bildirilib. Torpaqsoran qurğuların istehsal prosesindən və dibdərinləşdirmə tədbirləri zamanı tətbiqindən bəhs edən film göstərilib. Üç nəfər heyətdən ibarət, ümumi uzunluğu 49,10 metr olan qurğunun suvurma nasoslarının gücü saatda 4 min kubmetrdir. Çay məcralarında süxurun tərkibindən asılı olaraq dibdərinləşdirmə işləri zamanı qurğunun istehsal gücü də dəyişir.
Bu qurğular əsasən lil, qum və bərk süxurları soraraq boru kəməri ilə uzaq məsafələrə vurulmasını təmin edir. Qurğunun qazıma nöqtəsindən boru kəməri ilə birbaşa uzağa vurmaq məsafəsi 1500 metrdir. Bütövlükdə əlavə ötürücü stansiyalar quraşdırmaqla nasosların vurma məsafəsi maksimum 5 kilometrə qədər çatdırıla bilər. İstifadə olunan üzən boru kəmərləri Rusiyada kompozit materialdan hazırlanıb. Quruda istifadə olunacaq borular isə Sumqayıtdakı “AZENCO” ASC tərəfindən istehsal edilib.
Yedək və təchizat gəmilərinin göstəriciləri barədə də dövlətimizin başçısına məlumat verilib. Bildirilib ki, Türkiyənin Tuzla şəhərində istehsal edilmiş yedək və təchizat gəmilərindən biri 1200, digər ikisi isə 900 at gücünə malikdirlər (YQ-1, YQ-2, YQ-3). Bu gəmilər torpaqsoran qurğuları müvafiq məsafələrə yedəkdə apararaq təchizat işlərini təmin edəcək. Göyərtəsindəki 10 ton yükqaldırma qabiliyyətinə malik teleskopik kran müxtəlif növ təchizat və köməkçi işləri yerinə yetirmək imkanına malikdir.
Tədqiqat kateri (TK-1) də Tuzlada istehsal edilib. Bu kater dibdərinləşdirmə tədbirlərində tələb olunan tədqiqat işlərinin yerinə yetirilməsini təmin edəcək.
Qeyd olunub ki, göstərilən işlərin həyata keçirilməsi üçün FHN-in Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin nəzdində Dibdərinləşdirmə İşləri İdarəsinin yaradılması nəzərdə tutulur. İdarənin fəaliyyətini təmin etmək üçün müvafiq nəqliyyat-texniki vasitələr alınacaq. Bu məqsədlə dünyada daşqınların qarşısının alınması və dibdərinləşdirmə tədbirlərinin həyata keçirilməsində aparıcı ölkə olan Niderland Krallığının “Deltares” və “Royal Haskoning” institutları ilə müvafiq məsləhətləşmələr aparılır. Gəmilərin fəaliyyətinin təmin edilməsi üçün əsas bazanın Neftçala, köməkçi bazaların isə Salyan və Sabirabad şəhərlərində yerləri seçilib, “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutu tərəfindən müvafiq layihə hazırlanıb. Layihəyə uyğun olaraq körpü, anbarlar, təmir sexləri və inzibati binalar inşa olunacaq.
Dibdərinləşdirmə işlərinin dəqiq həyata keçirilməsi üçün Neftçala, Salyan və Sabirabad rayonları əhatə olunmaqla bütün Kür çayı boyunca batimetriya işləri artıq başa çatdırılıb. Bu tədbirlərin Neftçala, Salyan və Sabirabad rayonlarında planlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Tələb olunan işləri görmək üçün hər rayonda bir torpaqsoran qurğu, bir yedək-təchizat və bir kiçik yedək gəmisi işləyəcək. Müasir avadanlıqlarla təchiz edilmiş tədqiqat kateri isə hər üç rayonun ərazisində batimetriya işlərini həyata keçirəcək.
Çayın dibindən sorularaq çıxarılan su-qrunt qarışığı, suyun üzərində qalma qabiliyyətli kompozit materialdan hazırlanmış borular, quru ərazidə isə polietilen borular ilə durulducu hovuzlara töküləcək, sonra isə müvafiq istiqamətdə çaya axıdılacaq, qrunt isə texnika vasitəsilə kənara daşınacaq. Durulducu hovuzların layihə işləri başa çatdırılıb və yaxın vaxtlarda icrasına başlanılacaq. Ümumi sahəsi 202 hektar olan durulducu hovuzların ikisi Neftçalada, dördü Salyanda, üçü isə Sabirabadda inşa ediləcək. Neftçala, Salyan, Sabirabad rayonlarının ərazilərində 1,3 milyon kubmetr qruntun çıxarılması nəzərdə tutulur.
Gətirilmiş qurğular, gəmilər və katerlə yaxından tanış olan prezident sonda torpaqsoran qurğunun işləmə prosesini də izləyib.
Sosial
Bu il 5 minə yaxın əcnəbi qanunsuz miqrasiyaya görə saxlanılıb, 800-dən çoxu Azərbaycandan çıxarılıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb - FOTO
Xəbər Lenti
Agentlik: Qlobal qaz istehlakı son yeddi ildə üçüncü dəfə azala bilər
Norveç Ukraynanın hava hücumundan müdafiəsi üçün 268 milyon avro ayırır
Rutte: ABŞ-ın İrana yeni zərbələri tamamilə zəruri idi
KİV: Almaniyada təxribat hazırlayan iki Rusiya agenti saxlanılıb
Mərdəkanda dənizdə batan 16 yaşlı oğlanın meyiti tapılıb- YENİLƏNİB
BEA: Azərbaycanın Aİ-yə qaz ixracı 3% artıb
“Zirə” Konfrans Liqasında mübarizəyə başlayır
Bu il 5 minə yaxın əcnəbi qanunsuz miqrasiyaya görə saxlanılıb, 800-dən çoxu Azərbaycandan çıxarılıb
İraqda Xamenei ilə vida mərasimi keçirilir
Azərbaycan və Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın növbəti iclası olacaq
Büdcənin icrasına dair “Vətəndaşın büdcə bələdçisi” hazırlanıb
Qalibaf: Biz təslim olmayacağıq
İran ABŞ-ın neft satışına tətbiq olunan sanksiyaların müvəqqəti dayandırılmasını ləğv etməsini pisləyib
Rusiyanın Kiyevə zərbələri nəticəsində bir qadın ölüb - YENİLƏNİB
Boçorişvili: Gürcüstan-Türkiyə-Azərbaycan əməkdaşlığı indi daha böyük əhəmiyyət kəsb edir
APA TV-də XƏBƏRAPARAN - CANLI
Azercell AWS ilə əməkdaşlıqda süni intellekt bacarıqlarının inkişafına yönəlmiş təlimlər təşkil edib
ADY ilin ilk yarısında sərnişindaşımanı 18% artırıb
ABŞ neftin qiyməti üzrə proqnozunu kəskin azaldıb
Əmtə bazarlarında qızılın ucuzlaşması davam edir
Dünya bazarlarında neft 3% bahalaşıb
Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
Nyu-York birjasında təbii qazın qiyməti artıb
Bir sıra rayonlarda elektrik enerjisi olmayacaq
Bu günün valyuta məzənnələri
Rutte: Bu gün NATO zirvəsində İran məsələsi müzakirə olunacaq
Şüvəlanda dənizdə batan 28 yaşlı şəxsin meyiti tapılıb
Rusiya gecə ərzində 400-dən çox Ukayna PUA-sını məhv edib
Balakən və Zaqatalada leysan yağışlar problemlərə səbəb olub, bəzi kəndləri sel basıb - VİDEO - FOTO
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
SEPAH ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarına zərbələr endirdiyini açıqlayıb
Qlobal fond bazarlarında əsas indekslərdə eniş müşahidə olunub
“Bitcoin”in qiyməti yenidən 63 min dollardan aşağı enib
ABŞ İranda 80-dən çox hədəfə zərbə endirib - YENİLƏNİB
WSJ: ABŞ senatorları Rusiyaya qarşı yeni sanksiyalar üçün Maliyyə Nazirliyinə təzyiq göstərəcək
FIFA Rusiya komandalarına tətbiq olunan sanksiyaların ləğvini müzakirə edəcək
Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb - FOTO
Rumıniya Ukraynadan PUA-ların özünü məhv etmə funksiyası ilə proqramlaşdırılmasını istəyib
Cokoviç Böyük Dəbilqə turnirlərində yeni rekorda imza atıb
Sibiqa: Ukrayna artıq Rusiyaya zərbələr üçün heç kimdən icazə almayacaq
DÇ-2026: İsveçrə 1/4 final mərhələsinə yüksəlib
Kanadanın yaratdığı yeni müdafiə bankına Ukrayna da qoşulacaq
FIFA ABŞ Futbol Federasiyasının iki əməkdaşını vəzifəsindən kənarlaşdırıb
Pakistan sahillərində yük daşıyan "Boeing 737" ilə əlaqə kəsilib
Rusiya Odessaya kaset başlıqlı ballistik raket zərbəsi endirib, yaralananlar var
ABŞ İrana qarşı neft sanksiyalarının yumşaldılmasını ləğv edib
Ukrayna və Estoniya pilotsuz sistemlər üzrə əməkdaşlıq sazişi imzalayıb
ABŞ-ın Venesuelaya zəlzələdən sonra ayırdığı yardım 310 milyon dolları ötüb
Gəncədə 22 yaşlı qızın meyiti tapılıb
Gəncədə 38 yaşlı kişi qardaşı oğlu tərəfindən bıçaqlanıb