Bank Of Baku

Azərbaycan prezidenti Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 5 milyon, Goranboyun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə isə 2 milyon manat ayırıb

Azərbaycan prezidenti Gəncənin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə 5 milyon, Goranboyun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə isə 2 milyon manat ayırıb
# 24 yanvar 2012 16:18 (UTC +04:00)
APA-Economics”-in məlumatına görə, Gəncənin sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılıb.

Prezident İ. Əliyev Goranboy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında da sərəncam imzalayıb. Bu məqsədlə Goranboy Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR