Bank Of Baku

Azərbaycanda qədim sözlər haqqında kitab nəşr olunub

Azərbaycanda qədim sözlər haqqında kitab nəşr olunub
# 25 yanvar 2012 10:36 (UTC +04:00)
Bakı-APA. “Qanun nəşrlər evi”ndə şair Rafiq Həsənin yeni kitabı – “İlafa” işıq üzü görüb. APA-nın xəbərinə görə, müəllifin bu kitabı Türk dili haqqındadır. Kitabda türk dilinin təkcə ünsiyyət vasitəsi deyil, Allahın bütün həqiqətlərinin ən etibarlı saxlanc yeri olduğu bildirilib. Kitabın mövzusu və predmeti dilimizdəki sözlərin (ilkin olaraq türk dilində yaranmış, sonra başqa xalqların dilinə keçmiş sözlər də daxil olmaqla) mənasının səslərə görə açılmasıdır. Qeyd olunub ki, “İlafa” sözü Türk sözü olub, “Müqəddəs gizli saf enerji” deməkdir ki, bu ad Müqəddəs ruhun enerjisidir.
“İlafa”nın ön sözünün müəllifi, tanınmış hüquqşünas Adil Minbaşıdır.
Kitabda qədim sözlərin açılması ilə yanaşı olaraq, müasir dövrümüzdəki şəhər, kənd və qəsəbə adlarının da mənaları əksini tapıb. Müəllif Allah və Tanrı sözlərinin açılışı, yaranışı barədə fikirlərini qələmə alıb: “Allah sözü “Al”, “lah” və “ah” səslərindən yaranıb. Mənası “görünməz nur, bilinməz zaman” deməkdir. Tanrı sözü isə “ta”, “an” və “rı” səslərindən yaranıb. Mənası “qədim, ulu məkanın bakirəsi” deməkdir”.
Kitabda müxtəlif dillərdə işlənən yüzlərlə sözün yaranması və mənaları barədə də məlumatlar yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR