Bank Of Baku

“Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi” məqsədilə sorğu keçirilir

“Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi” məqsədilə sorğu keçirilir
# 25 yanvar 2012 11:47 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Söz Azadlığını Müdafiə Fondu (SAMF) “Ən operativ mətbuat xidmətinin müəyyən edilməsi” məqsədilə reytinq sorğusuna başlayıb. SAMF-dan APA-ya verilən məlumata görə, rəy sorğusu 2009-cu il noyabr ayından “KİV və mətbuat xidmətləri: mövcud vəziyyətin təhlili və strateji inkişaf istiqamətləri” adlı layihənin davamı kimi artıq üçüncü dəfədir, keçirilir.
Sorğunun keçirilməsində məqsəd öz üzərlərinə düşən həssas və məsuliyyətli vəzifəni hüquqi, demokratik dövlət idarəçiliyi prizmasından yerinə yetirən mətbuat xidmətlərinin adlarını geniş ictimaiyyətə açıqlamaq, bununla da mətbuat xidməti institutları əməkdaşlarının işlərinə daha tələbkar yanaşmalarına və xüsusən də jurnalistlərin peşə fəaliyyəti zamanı üzləşdikləri əsassız maneələri aradan qaldırılmasına yardımçı olmaqdır.
Rəy sorğusu fondun könüllüləri tərəfindən 500 media təmsilçisi arasında aparılacaq. Nəticələr barədə ictimaiyyətə məlumat veriləcək.
SAMF KİV təmsilçilərinə müraciət edərək sorğuları cavablandırarkən obyektiv olmağı, media-mətbuat xidməti əməkdaşları arasındakı münasibətlərin sorğuda öz əksini obyektiv şəkildə tapması üçün fondun kollektivinə mümkün köməkliklərini əsirgəməmələrini xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR