Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurasına seçki keçiriləcək

QHT-lərə Dövlət Dəstəyi Şurasına seçki keçiriləcək
# 25 yanvar 2012 11:50 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasına seçki keçiriləcək. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında şuranın sədri Azay Quliyev deyib.

A. Quliyev bildirib ki, qurumun əsasnaməsinə görə hazırkı tərkibin fəaliyyəti bu il sona çatır: “Yaxın günlərdə şuranın yeni tərkibinin müəyyənləşdirilməsi üçün sənədlərin qəbuluna başlayacağıq. 8 istiqamət üzrə fəaliyyət göstərən QHT-lər bu seçkidə iştirak edə biləcəklər. Sənəd qəbulu prosesi sona çatdıqdan sonra seçkilərin vaxtı müəyyənləşəcək. Hər qrupda 3 nəfər olmaqla seçilən 24 nəfər namizəd prezidentə təqdim olunacaq. Prezident 24 nəfərin arasından 8 nəfəri şuranın üzvlüyünə təyin edəcək. Şuranın 11 üzvü olacaq. Digər 3 nəfər isə hökumət qurumlarından təyin olunacaq”.

A. Quliyev qeyd edib ki, bir neçə aydan sonra şura yaradıldığı müddət ərzində gördüyü işlərlə bağlı hesabat verməyi planlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR