Bank Of Baku

Respublika Seysmoloji Xidmət Mərkəzində 2011-ci ildə aparılmış kompleks tədqiqatların yekunlarına dair iclas keçirilib

Respublika Seysmoloji Xidmət Mərkəzində 2011-ci ildə aparılmış kompleks tədqiqatların yekunlarına dair iclas keçirilib
# 25 yanvar 2012 12:11 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) 2011-ci ildə aparılmış kompleks tədqiqatların yekunlarına dair iclas keçirilib. RSXM-dən APA-ya verilən məlumata görə, iclasda çıxış edən mərkəzin baş direktoru Qurban Yetirmişli 2011-ci ilin məhsuldar il olduğunu, il ərzində telemetrik seysmik stansiyaların sayının 31-ə çatdığını deyib. O bildirib ki, 2011-ci ildə telemetrik seysmik stansiyalar vasitəsilə 7761 zəlzələ qeydə alınıb, onlardan 3840-ı Azərbaycan ərazində baş verib. Azərbaycan ərazisində qeydə alınmış zəlzələlərdən 17-si hiss olunan olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR