Bank Of Baku

Azərbaycanda Fransa QHT-ləri ilə əməkdaşlıqdan imtina edilib

Azərbaycanda Fransa QHT-ləri ilə əməkdaşlıqdan imtina edilib
# 25 yanvar 2012 13:19 (UTC +04:00)
Bu barədə APA-ya Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bildirib. Mərkəz bir neçə il bundan öncə əməkdaşlığa başladığı 3 QHT ilə əməkdaşlığa rəsmi şəkildə son verib.

Məsələ ilə əlaqədar olaraq qarşı tərəfə əməkdaşlığa son verilməsi ilə bağlı rəsmi məlumat verilib və bildirilib ki, sözügedən qanunun mövcud olduğu ölkə ilə heç bir gənclər mübadiləsi aparıla bilməz: “Belə bir qanun insan hüquq və azadlıqlarından olan söz və fikir azadlığının məhdudlaşdırılması ilə yanaşı totalitar düşüncənin məhsulu kimi beynəlxalq hüquq prinsiplərinə yaddır. Bu baxımdan hər il Mərkəzin müxtəlif proqramları vasitəsilə Fransanın ayrı-ayrı şəhərlərində keçirilən tədbirlərdə iştirak etmək üçün yollanan yüzlərlə gənci təhlükə altına ata və onların Fransada söylədiyi tarixi həqiqətlərə görə hər hansı ədalətsiz və məntiqsiz qanun qarşısında cavabdeh olmasına göz yuma bilmərik”.

Mərkəz digər Azərbaycan QHT-lərini də fransız təşkilatları ilə əməkdaşlıqdan imtina etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR