Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri: “Narkokuryer qismində qadınlardan və azyaşlı uşaqlardan istifadə hallarının artması ciddi narahatlıq doğurur”

Dövlət Gömrük Komitəsinin sədri: “Narkokuryer qismində qadınlardan və azyaşlı uşaqlardan istifadə hallarının artması ciddi narahatlıq doğurur”
# 27 yanvar 2012 13:13 (UTC +04:00)
1 ton 345 kiloqramdan çox narkotik, o cümlədən, 924 kq 344 qramdan çox həşiş, 203 kq 666 qram heroin, 188 kq 469 qram tiryək, 4 kq 747 qram marixuana, 24 kq 400 qram metamfetamin də daxil olmaqla əsasən ağır və güclü təsirli daha təhlükəli narkotiklər dövriyyədən götürülüb”. APA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev YAP-ın rəsmi saytına müsahibəsində deyib. O bildirib ki, narkoqaçaqmalçılıq faktları üzrə 531 nəfər şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib ki, onlardan da 70 nəfərini qadınlar təşkil edib: “Ümumiyyətlə, son illər narkokuryer qismində qadınlardan və hətta azyaşlı uşaqlardan istifadə hallarının çoxalması ciddi narahatlıq doğurur. Ayrıca 2011-ci ilə nəzər salsaq, həmin dövr ərzində aşkar edilmiş 18330 hüquqpozma faktından 245-i cinayət xarakterli olub. Ötən il 18085 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 455 hüquqi və 17594 fiziki şəxs inzibati məsuliyyətə cəlb olunub, həmin şəxslərə qarşı 1 milyon 418 min 022 manat cərimə tətbiq olunmaqla dəyəri 123 min 541 manat olan mallar müsadirə edilib. Bundan başqa, ötən ildə 138 fakt üzrə 227 kiloqram 565 qram narkotik vasitə və psixotrop maddə tutulub”.

A. Əliyev qeyd edib ki, 2011-ci ildə də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi üzrə aşkarlanmış faktlar statistik siyahıda öndədir: “Dünya ölkələrinin güclü mübarizə üsullarına baxmayaraq beynəlxalq narkomafiya inkişaf edir. Təəssüf ki, Azərbaycanın coğrafi mövqeyi narkoqaçaqmalçıları özünə cəlb edir və narkotiklərin qanunsuz dövriyyəsində ərazimizi dəhlizə çevirmə imkanlarını artırır. Amma Azərbaycan mübarizəni qətiyyətlə aparır. Gömrük işi sahəsində cinayətlərin və digər hüquqpozmaların açılma faizinin yüksəlməsinə nail olmaq üçün gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin məlumat təminatının avtomatlaşdırılmasına, riskin idarəolunması sisteminin təkmilləşdirilməsinə, xarici iqtisadi fəaliyyət sahəsində kriminal meyllərin qarşısının alınması və xəbərdar olunmasına xüsusi diqqət yetirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR