Bank Of Baku

Sabirabadda “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirib

Sabirabadda “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirib
# 27 yanvar 2012 13:32 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sabirabad rayonunda “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Sabirabad Rayon İcra Hakimiyyətinin, ictimai təşkilatların nümayəndələri və 200-dən artıq istehlakçı iştirak edib.

Konfransda çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev qeyd edib ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı fonunda əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanlarının genişləndirilməsinə, süni qiymət artımının qarşısının alınmasına şərait yaratmaqla, istehlakçıların hüquqlarının daha etibarlı təmin olunmasını zəruri edir: «Dövlət Xidməti tərəfindən 2011-ci il ərzində həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 167,7 ton müxtəlif növ ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. İnzibati xətaya yol vermiş təsərrüfat subyektləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 1 287,8 min manat cərimə edilib. Bundan başqa, istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiklərinə görə təsərrüfat subyektlərinə 306,8 min manat min manat maliyyə sanksiyası tətbiq olunub».

Qeyd edək ki, konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları «İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr», «Hər bir istehlakçı öz hüquqlarını bilməlidir», «Ərzaq malları alarkən nələrə diqqət yetirməli» mövzularında məruzələrlə çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR