Bank Of Baku

Pis hava şəraiti ilə əlaqədar Bakının orta məktəblərinin XI sinif şagirdləri üçün yoxlama imtahanlarının vaxtı uzadılıb

Pis hava şəraiti ilə əlaqədar Bakının orta məktəblərinin XI sinif şagirdləri üçün yoxlama imtahanlarının vaxtı uzadılıb
# 28 yanvar 2012 10:12 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, imtahanlar Bakının bütün rayonlarını əhatə edən 72 imtahan mərkəzində keçirilib: «Buna görə də imtahanda şagirdlərin davamiyyəti yaxşı olub. Həmin ərazilərdə imtahanlar saat 10:00-da başlayıb və 13:00-da bitib. Əsas problem Bakının kəndlərində yaranıb. Bu ərazilərdə gecikmə halları qeydə alınıb. Lakin gecikən şagirdlərin imtahanda iştirak etməsi üçün də şərait yaradılıb. Geçikən şagirdlər üçün imtahan saat 14:00-a qədər davam edəcək».

Qeyd edək ki, imtahanda paytaxtın 22 minə yaxın XI sinif şagirdi iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR