Bank Of Baku

Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərinin IX sinifləri üçün sabah keçiriləcək yoxlama imtahanlarının vaxtını dəyişib

Azərbaycan Təhsil Nazirliyi Bakının orta məktəblərinin IX sinifləri üçün sabah keçiriləcək yoxlama imtahanlarının vaxtını dəyişib
# 28 yanvar 2012 10:44 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, IX sinif şagirdləri üçün imtahanlar sabah saat 10:00-dan 13:00-dək keçirilməli idi. Lakin pis hava şəraiti ilə əlaqədar imtahan sabah saat 14:00-da başlayacaq: «Hidrometeoroloqların məlumatına görə, sabah günün ikinci yarısı hava bir qədər açılacaq. Ona görə də, imtahanların saat 14:00-da başlaması və 17:00-dək davam etməsi qərara alınıb».

Qeyd edək ki, yanvarın 29-da paytaxtın orta məktəblərinin 30 minə yaxın IX sinif şagirdi 72 imtahan mərkəzində imtahan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR