Bank Of Baku

Bakıda yolların qardan təmizlənməməsi təcili yardım maşınlarının hadisə yerinə çatmasına mane olur

Bakıda yolların qardan təmizlənməməsi təcili yardım maşınlarının hadisə yerinə çatmasına mane olur
# 28 yanvar 2012 10:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. «Dünəndən bu gün saat 09:00-a qədər Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 1 313 çağırış daxil olub. Müraciət edənlərdən 133 nəfəri xəstəxanaya yerləşdirilib». Bu barədə APA-ya Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Zemfira Vahidova bildirib.

O deyib ki, xəstəxanaya yerləşdirilən şəxslərin əksəriyyəti yaşlılar və uşaqlardır. Yaşlılarda yaşla əlaqədar narahatlıqlar, uşaqlarda isə yuxarı tənəffüs yollarının xəstəlikləri üstünlük təşkil edib.

Z.Vahidova deyib ki, səhər saat 9:00-dan indiyə qədər təcili yardıma paytaxt yollarında baş verən travmalarla bağlı iki müraciət daxil olub, bir nəfəri isə maşın vurub: «Hələlik yollarda baş verən travmalarla bağlı çağırışların sayı çox deyil. Şənbə günü olduğundan əhali küçəyə çox çıxmır. Dünəndən başlayaraq bütün təcili yardım stansiyalarına pis hava şəraitində hərəkət edən xüsusi təyinatlı maşınlar paylanılıb».

Z.Vahidova qeyd edib ki, yolların təmizlənməməsi təcili yardım maşınlarının işinə ciddi maneə yaradır: «Hazırda «Xalqlar Dostluğu» metro stansiyasına çağırış olub. Orada kimsə pilləkəndən yıxılıb. Adi halda təcili yardım maşını bu yolu 3 dəqiqəyə gedir, lakin yolların təmizlənməməsi səbəbindən 30 dəqiqədir ki, təcili yardım maşını hadisə yerinə çata bilmir. Bu gün stansiyanın 5 təcili yardım maşını yolların təmizlənməməsi səbəbindən əzilib».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR