Bank Of Baku

Azərbaycanın şimal bölgəsində kəskin hava şəraiti bir sıra problemlər yaradıb

Azərbaycanın şimal bölgəsində kəskin hava şəraiti bir sıra problemlər yaradıb
# 28 yanvar 2012 16:54 (UTC +04:00)
Xaçmaz. Vəli Turan-APA. Azərbaycanın şimal bölgəsində kəskin hava şəraiti bir çox problemlər yaradıb. APA-nn şimal bölgəsinin məlumatına görə, bölgədə yollar buz bağladığından avtomobillərin hərəkəti məhdudlaşıb. Lakin elektrik enerjisinin verilişində və qaz təchizatında problemin olmadığı bildirilir.

Quba avtovağzalının növbətçi hissəsindən APA-ya bildirilib ki, rayonun bir sıra ucqar dağ kəndlərinə avtomobillərin hərəkəti kəsilib. Səbəb isə həmin ərazilərdə qarın daha çox yağmasıdır.

Qusar rayon Fövqəladə Hallar Komissiyasının sədri Alif Məmmədov APA-ya şaxtalı hava şəraiti ilə bağlı ciddi problemin olmadığını bildirib. Alif Məmmədovun sözlərinə görə, bütün yaşayış məntəqələri ilə əlaqə var.

Xaçmaz Yüksək Gərginli Elektrik Şəbəkə MMC-nin direktoru Ələddin Əliyev APA-ya bildirib ki, şimal regionuna elektrik enerjisinin verilməsində ciddi problem yoxdur.” Bəzən artıq yüklənmədən açılmalar olur və qəza briqadaları tərəfindən qəza dərhal aradan qaldırılır”.

Quba Regional Hidrometeorologiya müəssisəsindən APA-nın şimal bürosuna bildirirlər ki, yağıntılı hava şəraiti yanvarın 30-na kimi davam edəcək. Bu gecə küləyin gücünün saniyədə 23-25 metrə çatacağı və çovğun olacağı gözlənilir. Yollar buz bağlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR