Bank Of Baku

Hava şəraiti Bakıdakı bəzi orta məktəblərdə dərsə davamiyyətə təsir edib

Hava şəraiti Bakıdakı bəzi orta məktəblərdə dərsə davamiyyətə təsir edib
# 30 yanvar 2012 11:03 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Şaxtalı hava şəraiti orta məktəblərdə dərdə davamiyyətə təsir edib. Bu problem Suraxanı rayonu Günəşli qəsəbəsində, Binəqədi rayonu Sulutəpə qəsəbəsində, Yasamal rayonunun “20 Yanvar” metro stansiyasının yaxınlığında yerləşən orta məktəblərdə qeydə alınıb. Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əliqızının APA-ya verdiyi məlumata görə, yolların buz bağlaması ilə əlaqədar bu ərazilərdəki məktəblərdə davamiyyət bir qədər aşağı düşüb: “Şəhərin mərkəzindəki məktəblərdə davamiyyət çox yaxşıdır. Amma ətraf ərazilərdə yollar buz bağladığından şagirdlərin hamısının dərsə gəlməsi mümkün olmayıb. Ümumiyyətlə, hava şəraiti tədris prosesinə mane olmayıb. Məktəblərdə istilik problemləri də yaranmayıb”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR