Bank Of Baku

Azərbaycanda şaxtalı və yağıntılı hava şəraiti davam edəcək

Azərbaycanda şaxtalı və yağıntılı hava şəraiti davam edəcək
# 30 yanvar 2012 11:31 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 0-2, axşam 4 dərəcəyədək şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Yanvarın 31-də havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Fevralın 1-də gündüz saatlarında hava şəraitinin qısa müddətə mülayimləşəcəyi, temperaturun müsbət 4-6 dərəcə təşkil edəcəyi proqnozlaşdırılır. Axşamdan başlayaraq şimal-qərb küləyi əsəcək, gecə arabir güclənəcək, temperatur 0 dərəcəyə yaxınlaşacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq.

Azərbaycanın rayonlarında yanvarın 31-də fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta təşkil edəcək. Yollar buz bağlayacaq.

Fevralın 1-də bölgələrdə fasilələrlə yağıntı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-4 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 0-5 dərəcə şaxta olacaq. Yolların buz bağlayacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR