Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Tatarıstanda rəsmi səfərdə olub

Azərbaycanın fövqəladə hallar naziri Tatarıstanda rəsmi səfərdə olub
# 30 yanvar 2012 11:53 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, səfər çərçivəsində nazir K. Heydərov Tatarıstanın prezidenti Rustam Minnixanovla, baş nazir İldar Xalikov, fövqəladə hallar naziri Rafis Xabibullin və digər vəzifəli şəxslərlə görüşüb.

Görüşlərdə hər iki ölkənin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumları arasında əməkdaşlıq əlaqələrinin hazırkı səviyyəsindən razılıq ifadə edilib. Bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün birgə səylərin gücləndirilməsinin vacibliyi qeyd olunub.

Səfər çərçivəsində, habelə Tatarıstanın bir sıra müəssisələrinə, o cümlədən Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan qurumlara baş çəkilib, onların fəaliyyəti ilə yaxından tanışlıq olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR