Bank Of Baku

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi süd və süd məhsullarının monitorinqini aparacaq

Respublika Gigiyena və Epidemiologiya Mərkəzi süd və süd məhsullarının monitorinqini aparacaq
# 30 yanvar 2012 13:23 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ərzaq mağazalarında satışda olan süd və süd məhsullarının monitorinqini aparacaq. Mərkəzin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, monitorinqə fevral ayının əvvəlində başlanılacaq. Onun sözlərinə görə, monitorinq zamanı məhsulların təhlükəsizlik göstəriciləri yoxlanılacaq. Analizlərin aparılması üçün həmin məhsullardan 100-dək nümunə götürüləcək.

Şöbə müdiri onu da bildirib ki, mərkəz Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən ərzaq mağazalarında və istehsal sexlərində kolbasa məmulatlarının monitorinqini başa çatdırıb. Nəticələr yaxın günlərdə açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR