Bank Of Baku

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişikliklər edilib

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə  dəyişikliklər edilib
# 30 yanvar 2012 16:20 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə dəyişikliklər edilməsi haqqında qərar qəbul edib. Qurumdan APA-ya verilən məlumatda bildirilir ki, dəyişikliyə əsasən ümumtəhsil məktəblərində siniflər şagirdlərin sayı ən azı 20 nəfər olmaqla müəyyən ediləcək. Ümumtəhsil məktəbi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, mövcud şagird sayı ilə sinif təşkil olunmasına yol verilir.

Dəyişikliyə görə, eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil ediləcək. Tədris ilinin birinci yarısında hər hansı bir səbəbdən siniflərdə şagirdlərin sayı azaldıqda və ya artdıqda, siniflər bu nizamnamədə müəyyən edilmiş say həddində birləşdiriləcək və ya paralel sinif təşkil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR