Bank Of Baku

Azərbaycan ərazisinin 10,2 faizini xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir

Azərbaycan ərazisinin 10,2 faizini xüsusi mühafizə olunan təbiət əraziləri təşkil edir
# 31 yanvar 2012 07:49 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı sahəsində ötən il görülmüş işləri açıqlayıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, hazırda Azərbaycanda ümumi sahəsi 880 774,04 hektar olan xüsusi mühafizə olunan təbiət ərazisi, o cümlədən, 8 milli park, 11 dövlət təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,2 faizini təşkil edir.

Ölkə prezidentinin sərəncamına əsasən, Azərbaycanda ən müasir standartlara cavab verən Zooloji Parkın yaradılması məqsədilə layihə-dizayn işlərinin başa çatdırılması istiqamətində işlər ötən il davam etdirilib. Almaniya Federal Hökumətinin dəstəyi ilə “Qafqaz təşəbbüsü” proqramı çərçivəsində “Samur-Yalama” Milli Parkı layihəsi üzrə torpaqayırma sənədlərinin işlənilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən müvafiq xəritələr hazırlanıb. Hazırda aidiyyəti dövlət orqanlarından rəy alınması üçün müvafiq sənədlər təqdim edilib.

“Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində bugünədək 120 baş ceyran öz tarixi areallarına buraxılıb və hazırda layihənin II mərhələsi üzrə işlər davam etdirilir. Zaqatala-Balakən regionunda ölkədə ilk biosfer rezervatının yaradılması ilə əlaqədar təyin olunmuş xarici ekspertlərlə birlikdə müvafiq tədbirlər həyata keçirilib. Almaniya tərəfindən daxil olmuş xüsusi razılaşma sənədinə Nazirliyin aidiyyəti qurumları tərəfindən baxılıb, rəy və təkliflər qarşı tərəfə təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR