Bank Of Baku

Azərbaycan ərazisində fevral ayına olan hava proqnozu açıqlanıb

Azərbaycan ərazisində fevral ayına olan hava proqnozu açıqlanıb
# 31 yanvar 2012 08:42 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Fevral ayında Azərbaycanda havanın orta aylıq temperaturunun əsasən iqlim normasına yaxın olacağı gözlənilir. Lakin ayın ilk günlərində və ayın ikinci ongünlüyündə temperaturun iqlim normasından aşağı enəcəyi proqnozlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti gözlənilir ki, bu da kiçik mənfi fərqlə iqlim normasına yaxındır. Gecələr 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, soyuq dövrlərdə 3-8 dərəcə şaxta gözlənilir. Gündüzlər 3-8 dərəcə isti, soyuq dövrlərdə 0-2 dərəcə şaxta təşkil edəcək. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-24 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 3-8 dərəcə şaxta, soyuq dövrlərdə 15-20 dərəcə şaxta təşkil edəcək.
Gündüzlər 2-7 dərəcə isti, soyuq dövrlərdə 0-5 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 11-29 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 2 dərəcə şaxtadan 1 dərəcəyək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2-7 dərəcə, soyuq dövrlərdə 10-15 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 0-5 dərəcə isti, soyuq dövrlərdə 2-7 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 25-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 2-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, soyuq dövrlərdə 5-10 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 4-9 dərəcə isti, soyuq dövrlərdə 0-3 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 15-36 mm) olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən,
Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun
1 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, soyuq dövrlərdə 10-15 dərəcə şaxta, bəzi yerlərdə 18 dərəcəyədək şaxta təşkil edəcək. Gündüzlər 1-6 dərəcə isti, soyuq dövrlərdə 1-5 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 24-55 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,
Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 3-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 1-6 dərəcə isti, soyuq dövrlərdə 2-7 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 6-10 dərəcə isti, soyuq dövrlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə normadan bir qədər çox olacaq.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında havanın orta temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 1-5 dərəcə isti, soyuq dövrlərdə 2-5 dərəcə şaxta, dağlarda 10-15 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 5-10 dərəcə isti, soyuq dövrlərdə 0 dərəcəyə yaxın, dağlarda 3-8 dərəcə şaxta gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 44-105 mm), bəzi yerlərdə isə bir qədər çox olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR