Bank Of Baku

Azərbaycan seysmoloqları Abu-Dabidə seysmik stansiyaların quraşdırılması prosesində iştirak edir

Azərbaycan seysmoloqları Abu-Dabidə seysmik stansiyaların quraşdırılması prosesində iştirak edir
# 15 mart 2012 09:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların istifadəsi sahəsində daha bir uğura imza atıb. Bu barədə APA-ya RSXM-in mətbuat xidmətdən məlumat verilib. Məlumata görə, telementrik stansiyaların alınıb-quraşdırılması və tətbiqi sahəsində MDB ölkələri arasında liderlik edən RSXM ABŞ-ın “Kinemetriks” şirkətinin razılığı ilə başqa ölkələrdə də bu stansiyaların quraşdırılması prosesində iştirak edir. Şirkətlə RSXM arasında əldə olunmuş razılaşmaya əsasən regionda və RSXM ilə əlaqələri olan ölkələrdə telemetrik seysmik stansiyaların quraşdırılması RSXM-ın əməkdaşları tərəfindən həyata keçirilir.
Hazırda RSXM-ın Episentral şöbəsinin müdiri H.Tağıyev və Zəlzələlərin tədqiqat bürosu şöbəsinin əməkdaşı V. Fərəcov Birləşmiş Ərəb Əmirliklərində səfərdədirlər. RSXM əməkdaşları Abu-Dabidə yeni telemetrik peyk rabitəsi ilə işləyən seysmik stansiyaların quraşdırılması prosesində iştirak edəcək, həmçinin stansiyaların iş prinsipi ilə bağlı yerli mütəxəssislərə təlim-treninqlər keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR