Bank Of Baku

“Azərbaycanda qadın hüquqları və gender stereotipləri” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda qadın hüquqları və gender stereotipləri” mövzusunda dəyirmi masa keçirilib
# 15 mart 2012 10:37 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Amerika Hüquqşünaslar Assosiasiyası ilə birlikdə “Azərbaycanda qadın hüquqları və gender stereotipləri” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən komitə sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda həyata keçirilən bir sıra dövlət proqramlarına qadınların problemlərinin həllini nəzərdə tutan gender komponenti daxil edilib. Ölkədə “Məişət zorakılığının qarşısının alınması” haqıında qanunun qəbul edilməsi qadınların hüquqlarının pozulması hallarına qarşı mübarizədə səmərəli mexanizm formalaşdırıb. Ailə Məcəlləsində qızların nikaha girmək yaşı kimi 18 yaş müəyyən olunması, məcburi tibbi müayinənin nəzərdə tutulması müsbət haldır. Lakin qanunların qəbulu yetərli deyil, onların reallaşmasının adekvat icra mexanizmləri də yaradılmalıdır.

Komitə sədri xatırladıb ki, Azərbaycanda qadınların seçkili orqanlarda iştirakının genişləndirilməsi sahəsində müsbət təcrübə əldə olunub. Parlamentrin 125 deputatından 20-si qadındır, bələdiyyə orqanlarında qadınların təmsilçiliyi 4 faizdən 26,5 faizə çatıb: “Lakin biz qadınların hakimiyyətdə təmsilçilk səviyyəsinin daha da gücləndirilməsini vacib hesab edirik. Qadınlar və kişilər arasında sosial, iqtisadi və siyasi qeyri-bərabərliyi planlı şəkildə aradan qaldırmalı, qadınların cəmiyyətin bütün sahələrində öz potensialını tam surətdə reallaşdırılmasına nail olmalıyıq”.

Amerika Hüquqşünaslar Assosiasiyasının ölkə üzrə direktoru Pobert Stir isə ümidvar olduğunu bildirib ki, Azərbaycanda gender bərabərliyi sahəsində fəaliyyət davam etdiriləcək və qadın hüquqları ilə bağlı daha təkmilləşmiş qanunlar qəbul ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR