Bank Of Baku

İçərişəhərdə “Novruz - Bahar Festivalı” keçiriləcək

İçərişəhərdə “Novruz - Bahar Festivalı” keçiriləcək
# 15 mart 2012 12:23 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Martın 20-dən 23-dək İçərişəhərdə Novruz bayramı münasibətilə “Novruz – Bahar festivalı” keçiriləcək. Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən APA-ya verilən məlumata görə, Qoşa Qala Qapısı meydanında baş tutacaq festivalda insanlar müxtəlif müsabiqələrdə iştirak edə biləcək, pəhləvanların, kəndirbazların və sehrbazların çıxışlarını izləmək imkanı qazanacaqlar. Tətbiqi sənət məhsullarının və suvenirlərin sərgi-satışı təşkil olunacaq və festival iştirakçılarına milli mətbəxin müxtəlif nümunələri təklif ediləcək.

Martın 20-21-də ilk dəfə olaraq “Novruz-Bahar Festivalı” “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğunda da keçiriləcək. Burada bahar qədim vaxtlarda olduğu kimi qarşılanacaq. Festivalda geniş konsert proqramı, maraqlı müsabiqələr və azyaşlı uşaqlar üçün maraqlı oyunlar təşkil olunacaq. Həmin günlər saat 13.30-dan 19.30-dək İçərişəhərdən “Qala” Dövlət Tarix-Etnoqrafik Qoruğuna və geri istiqamətində hər bir saatdan bir Qoşa Qala Qapılarından çıxan nəqliyyat vasitələri festivala getmək istəyən şəxslər üçün ödənişsiz xidmət göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR