Bank Of Baku

Xarici ölkələrin ali məktəblərində Azərbaycandan dövlət xətti ilə 798 nəfər tələbə, aspirant və doktorant təhsil alır

Xarici ölkələrin ali məktəblərində Azərbaycandan dövlət xətti ilə 798 nəfər tələbə, aspirant və doktorant təhsil alır
# 15 mart 2012 15:00 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Xarici ölkələrin ali məktəblərində Azərbaycandan dövlət xətti ilə 798 nəfər tələbə, aspirant və doktorant təhsil alır. Onlardan 487 nəfəri Türkiyə, 270 nəfəri Rusiya, 30 nəfəri Cin, 6 nəfəri Misir, 2 nəfəri Koreya, 2 nəfəri Cexiya, 1 nəfəri isə Slovakiyanın ali məktəblərində təhsil alır. APA-nın məlumatına görə, bu məlumat Təhsil Nazirliyinin 2011-ci ilə dair hesabatında öz əksini tapıb.

Bu vətəndaşların təhsil almaları ilə bağlı hesabat dövrü ərzində Maliyyə Nazirliyi tərəfindən xərclər smetasına əsasən 952708,0 manat məbləğində vəsait ayrılıb, nazirliyin müvafiq sərəncamlarına əsasən xərclənilən vəsaitin məbləği isə 942374.68 manat və ya maliyyələşmə məbləğinə nəzərən icra 98,9 faiz təşkil edib.

2007-ci ildən başlayaraq indiyədək “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın 24 ölkəsinə təhsil almaq ucun 578 nəfər tələbə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR