Bank Of Baku

Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatların tətbiq olunmasını istəyir

Təhsil Nazirliyi müəllimlərə dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatların tətbiq olunmasını istəyir
# 15 mart 2012 15:33 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı - APA. Təhsil Nazirliyi ölkə prezidentinin “Dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsinin hazırlanması barədə” sərəncamının icrası ilə bağlı və Nazirlər Kabinetinin tapşırığına əsasən Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə
göndərdiyi təklifləri açıqlayıb. APA-nın məlumatına görə, təkliflərdə dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə daxil edilməsi üçün təhsil müəssisələrində də müəllimlərin işə qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi, xidməti fəaliyyətin qiymətləndirilməsi, pensiya təminatı, icbari tibbi sığorta və sair təminatların nəzərdə tutulması, əmək münasibətlərini tənzimləyən qanunvericilik aktı müəyyənləşdirilməsi, əmək haqqının ödənilməsi sisteminə yenidən baxılması, müəllimlərə də dövlət qulluqçuları ucun nəzərdə tutulmuş təminatların tətbiq olunması vacib sayılıb.

Təkliflərdə dövlət qulluqçusunun (təhsil işçisinin) layiqli həyat səviyyəsini təmin edən dövlət məvacibi və digər ödənişlər, lazımi qulluq şəraiti, haqqı ödənilən məzuniyyət, onların icbari tibbi sığortası, icra edilən vəzifə öhdəliklərinin xarakteri nəzərə alınmaqla nəqliyyatdan güzəştli istifadə və sair addımların tətbiqi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR